|
“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA” marketdə vaxtı keşmiş, zay süd alan müştərinin az qala övladı zəhərlənəcəkdi. TİA.Az məlumat verir ki, bu haqda istehlakçı özü xəbər verib və video fakt paylaşıb. Məlum olur ki, marketdən övladı üçün “Palsüd” alan müştəri evə gətirib məhsulu açanda xarab olduğu üzə çıxıb. Artıq bu market neçənci dəfədir ki, müştərilərə zay məhsul satır. Bu haqda az qala hər həftə şikayət işıqlandırırıq, amma şirkət rəhbərliyi keyfiyyət dəyişikliyinə getmək fikrində görünmür.
XalqXeber.Az